20 sentyabr 2021 10:57
1251

Azərbaycan qırıcıları Bosfor boğazı üzərində uçacaq

Sabah Bakı vaxtı ilə saat 12:00-12:30-da Bosfor boğazı üzərində Azərbaycan və Türkiyə qırıcıları uçuşlar keçirəcək.

“İki sahil” xəbər verir ki,  bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

Qeyd edilir ki, sentyabrın 21-də İstanbulda "Texnofest-2021" festivalı çərçivəsində Azərbaycan və Türkiyə hərbi təyyarələri nümunəvi uçuşlar həyata keçirəcək.

Uçuşlarda Türkiyənin "Türk ulduzları" və "Solotürk" F-16 qrupları ilə yanaşı, Azərbaycan Hərbi Hava Qüvvələrinin iki MiQ-29 qırıcıları iştirak edəcək.