06 sentyabr 2021 16:26
1277

Nazir “Üç qardaş - 2021” təliminə hazırlıq işləri ilə tanış olub FOTO

Sentyabrın 6-da Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan, Türkiyə və  Pakistan xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə baş tutacaq “Üç qardaş - 2021” beynəlxalq təliminin keçiriləcəyi ərazi ilə tanış olub.

“İki sahil” xəbər verir ki, Müdafiə nazirinə təlimə hazırlıq prosesi və digər təşkilati məsələlərlə bağlı məruzə edilib.

Təlimin yüksək səviyyədə təşkili və keçirilməsi üçün müvafiq göstərişlər verilib.