04 sentyabr 2021 22:08
1143

“Artilleriya atəşinin ustaları” müsabiqəsini uğurla başa vuran heyətimiz Bakıya qayıdıb

"Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində Qazaxıstan Respublikasının Qvardiya qarnizonunda keçirilən "Artilleriya atəşinin ustaları" müsabiqəsində iştirak edən artilleriyaçılarımız sentyabrın 4-də Bakıya qayıdıb.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, doqquz ölkəni təmsil edən artilleriyaçıların iştirak etdiyi müsabiqədə komandamız üçüncü yerə layiq görülüb. Azərbaycan Ordusunun zabiti polkovnik-leytenant Əhmədov Namiq "Ən yaxşı məşqçi", gizir Orucov Elşadın rəhbərlik etdiyi heyət isə "Ən yaxşı heyət" nominasiyalarının qalibləri olub.