14 iyul 2021 15:47
1179

Vətən müharibəsində 7 hərbçi itkin düşmüş sayılır

Azərbaycan Müdafiə Nazirliyi Vətən müharibəsində itkin düşmüş şəxslərin iyulun 14-dək olan siyahısını açıqlayıb.

“İki sahil” xəbər verir ki, siyahıda itkin düşmüş hesab olunan 7 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat açıqlanıb.

Bildirilir ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.