Müdafiə Nazirliyinin “YouTube” kanalı şirkət tərəfindən “Gümüş mükafat”a layiq görülüb.
“İki sahil” xəbər verir ki, “YouTube” şirkəti tərəfindən təsis edilmiş “Gümüş mükafat” Müdafiə Nazirliyinin rəsmi “YouTube” kanalını idarə edən heyətə təqdim olunub.
“YouTube”nin simvolunu əks etdirən mükafat 100 min nəfərdən artıq abunəçisi olan şəxslərə, şirkətlərə, dövlət və qeyri-hökumət təşkilatlarına təqdim edilir. Qeyd edək ki, Müdafiə Nazirliyinin rəsmi “YouTube” kanalı 2016-cı ilin iyunundan fəaliyyətə başlayıb. Bu müddət ərzində Müdafiə Nazirliyinin rəsmi “YouTube” kanalına 2000-ə yaxın video yüklənib. Ötən müddət ərzində kanala yerləşdirilən videoların ümumi izlənmə sayı 43 milyon 500 mindən artıqdır. 2021-ci ilin iyul ayına olan məlumata əsasən kanalın abunəçi sayı 107 mindən çoxdur.