02 iyul 2021 11:35
1250

Azərbaycan-Türkiyə birgə təlimləri: 1-ci eşelon bölmələri həmlə həddinə çıxıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Bakıda keçirilən “Mustafa Kamal Atatürk – 2021” birgə döyüş atışlı taktiki təlimlərində növbəti təlim-döyüş tapşırıqları icra edilib.

“İki sahil” xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlər zamanı 1-ci eşelon bölmələrin həmlə həddinə çıxması, şərti düşmənin mina sahələrində keçidlərin açılması və həmin sahələrdən keçməsi, şəxsi heyətin texnikalardan piyadalanması və həmləyə keçməsi fəaliyyəti də icra olunub.