29 iyun 2021 19:46
974

Hadrutda iki erməni hərbçisinin meyiti tapıldı

Erməni axtarış qrupları bu gün Hadrutda 2 erməni hərbçisinin meyitini tapıblar.

“İki sahil” xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bununla da 14 noyabr 2020-ci ildən indiyədək aparılan axtarışlar nəticəsində tapılan erməni əsgər meyitlərinin sayı 1588 olub.

Axtarışlar Azərbaycan Ordusunun icazəsi ilə aparılır.