29 iyun 2021 16:07
1334

Medal ala bilməyən müharibə iştirakçıları nazirlikdə qəbul edildi: Hərbi hissələrə tapşırıq verildi

Müharibədə iştirak edib ancaq medalla təltif olunmadıqları iddiası ilə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi qarşısında toplaşan bir qrup vətəndaş Nazirliyin rəsmiləri tərəfindən qəbul edilib.

“İki sahil” xəbər verir ki,  bu haqda Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, görüş zamanı bildirilib ki, hərbi qulluqçuların müvafiq medallarla təltif olunmaları onların keçdikləri döyüş yolu və müharibədə bilavasitə iştirakı amilinin araşdırılması yolu ilə həyata keçirilib.

Görüşdə vətəndaşlar dinlənilib və müraciətləri ilə bağlı ərizələr alınaraq məsələnin araşdırılması məqsədilə hərbi hissələrə müvafiq tapşırıqlar verilib.