28 iyun 2021 19:10
998

Çağırışçıların hərbi hissələr üzrə bölgüsü başa çatıb

Azərbaycan Ordusunun hərbi hissələrinin komplektləşdirilməsi məqsədilə hərbi xidmətə yeni gələn çağırışçıların bölgüsü prosesi başa çatdırılıb.

MN-dən "İki sahil"ə verilən məlumata görə, müdafiə nazirinin müvafiq əmrinə əsasən yaradılan komissiya “2021-ci ilin iyul ayında hərbi hissələrə gənc heyətin göndərilməsi planına” uyğun olaraq çağırışçıların bölgüsünü həyata keçirib.

Çağırışçıların hərbi hissələr üzrə bölüşdürülməsi əks-ərazi prinsipi nəzərə alınmaqla xüsusi kompüter proqramı vasitəsi ilə həyata keçirilib.