Türkiyə Milli Müdafiə Nazirliyi 26 iyun – Silahlı Qüvvələr Günü münasibəti ilə Azərbaycan Silahlı Qüvvələrini təbrik edib.
"İki sahil" xəbər verir ki, bu barədə nazirlik "tvitter" səhifəsində paylaşım edib.
Paylaşımda qeyd edilir:
"Azərbaycanlı qardaşlarımızın sülh və təhlükəsizliyi üçün qəhrəman və fədəkarlıqla xidmət edən, "Tək Vətən Hərəkatı" ilə Qarabağdakı torpaqlarını işğaldan azad edib bizi sevindirən güclü Azərbaycan Silahlı Qüvvələrinin bu xüsusi gününü təbrik edir, hörmətlə salamlıyırıq".