26 iyun 2021 14:11
865

“Anadolu Qartalı – 2021”də hava hədəfinin məhv edilməsi əməliyyatı keçirilib

Türkiyə Respublikasının Konya şəhərində müxtəlif ölkələri təmsil edən komandaların iştirakı ilə keçirilən “Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimi davam edir.

"İki sahil" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, beynəlxalq taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin uçuş heyəti şərti düşmən hava hədəfinin aşkarlanması, taktiki qaydalarla qarşısının alınması, nəzarətə götürülməsi və məhv edilməsi məqsədilə hava döyüşünün yerinə yetirilməsi əməliyyatını icra edib.
Hərbi pilotlarımız qarşıya qoyulan tapşırığı uğurla icra edib və şərti düşmən hava hədəfi məhv edilib.
Təlim iyulun 3-dək davam edəcək.