26 iyun 2021 09:02
922

Türkiyə səfirliyi Azərbaycan xalqını təbrik etdi

Türkiyənin Azərbaycandakı Səfirliyi xalqımızı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.

“İki sahil” xəbər verir ki, bu barədə Səfirliyin sosial şəbəkə hesabında post paylaşılıb.

“Qardaş Azərbaycanın Silahlı Qüvvələrini 26 iyun – Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edir, Vətən naminə müqəddəs və şərəfli xidmətlərində uğurlar arzulayırıq”, - paylaşımda deyilir.