25 iyun 2021 21:26
809

8 medallı Nəvaimiz - VİDEO

"QAZİ" verilişinin aparıcısı daha 3 medala layiq görüldü

“İki sahil” Real TV-ə istinadən bildirir ki, Vətən Müharibəsi iştirakçısı, Qazi verilişinin aparıcısı Nəvai Bayramov medallarla təltif olunması xəbərini belə aldı. Xidmətini studiyada, Qazilərin problemlərini işıqlandırmaqla davam etdirən Nəvai, Prezident İlham Əliyevin sərəncamı ilə Şuşanın, Qubadlının və Xocavəndin azad olunmasına görə medalları ilə təltif olundu. Bununla da aparıcı və baş leytenant Bayramovun medallarının sayı 8-ə çatdı.

Nəvai deyir ki, xidmətim hələ bitməyib. Səngərdə necə məsuliyyətli idimsə, studiyada da bir o qədər diqqətliyəm. Çünki bura, silahdaşlarımın problemlərini işıqlandırmaq üçün gəlmişəm. Nəvai kimi qəhrəmanlarımızla eyni sırada dayanmaq qürurvericidir. İnformasiya müharibəsində sənə yeni zəfərlər arzu edirik.