22 iyun 2021 13:21
893

Xəzərin təhlükəsizliyi yüksək səviyyədə qorunur

“Bu gün Xəzərin təhlükəsizliyi yüksək səviyyədə qorunur”.

“İki sahil” xəbər verir ki,  bunu Hərbi Dəniz Qüvvələri komandanı, kontr-admiral Sübhan Bəkirov deyib.

Komandan bildirib ki, Azərbaycanın əsas enerji infrastrukturları Xəzər dənizində yerləşir ki, bu da ən vacib məsələlərdən biridir: "Buna görə də hər hansı terror və diversiya əməliyyatlarının ola biləcəyini əvvəlcədən düşünərək təhlükəsizliyi daim nəzarətdə saxlayırıq. Bizim buna aid planımız və proqramlarımız var. Keçirilən təlimlər zamanı da monitorinqlərin aparılması, ərazinin həmişə müşahidə altında saxlanılması və digər tapşırıqlar yerinə yetirilir."