14 iyun 2021 16:50
1584

İşğaldan azad olunan ərazilərdə nə qədər mina aşkarlanıb?

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) iyunun 7-dən 12-dək işğaldan azad olunan ərazilərdə icra olunan əməliyyatlar barədə məlumat açıqlayıb.

“İki sahil” xəbər verir ki, ANAMA-dan verilən xəbərə görə, ötən həftə işğaldan azad olunan ərazilərdə piyada əleyhinə 596, tank əleyhinə 54 mina, 144 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.