Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdləri Əlahiddə Ümumqoşun Ordunun təlim mərkəzində keçirilən praktiki məşğələdə iştirak ediblər.
"İki sahil" xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, məşğələdə məktəblilərin ilkin hərbi biliklərə yiyələnməsinin əhəmiyyətindən danışılıb.
Təhlükəsizlik qaydaları ilə tanış olan məktəblilərə müxtəlif atıcı silahların hissə və mexanizmləri haqqında, eləcə də tibbi hazırlıqdan geniş məlumat verilib.
Sonda şagirdlər avtomatdan praktiki atışlar yerinə yetiriblər.