03 iyun 2021 00:27
957

İtkin düşən daha bir hərbçimizin şəhid xəbəri gəldi

Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.

"İki sahil"in məlumatına görə, 1999-cu il təvəllüdlü MAXE əsgər Verdiyev Eldəniz Rabil oğlunun nəşi Murovdağ istiqamətində tapılıb.

Şəhidimiz Göygöl rayon Şəhidlər Xiyabanında dəfn olunacaq.

Allah rəhmət eləsin!