Sabah Bakıda Azərbaycan-Türkiyə 13-cü Yüksək Səviyyəli Hərbi Dialoq İclası işinə başlayacaq.
"İki sahil" xəbər verir ki, iclasda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti müzakirə ediləcək.
Tərəflər hərbi və müdafiə sahəsində inkişaf perspektivlərini və əsas fəaliyyət istiqamətlərini də nəzərdən keçirəcəklər.