31 may 2021 10:24
2967

Ermənistanla sərhəddə vəziyyət necədir?

Zəngilanda erməni təxribat-diversiya qrupunun zərərsizləşdirilməsi xəbərləri həqiqəti əks etdirmir

Bəzi sosial media səhifələrində Zəngilan rayonu ərazisində dövlət sərhədində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun Azərbaycan ərazisinə keçməyə cəhd göstərərkən zərərsizləşdirilməsi, qrupun 2 üzvünün saxlanılması barədə məlumatlar yayılıb.

Bununla əlaqədar Dövlət Sərhəd Xidmətindən "İki sahil"ə bildirilib ki, bu məlumatlar həqiqəti əks etdirmir, Ermənistanla dövlət sərhədində vəziyyət stabildir və bölmələrimizin tam nəzarəti altındadır