27 may 2021 18:59
1682

Hərbçilərimiz Türkiyədə təlimlərdə - FOTO

Türkiyənin Konya şəhərində “Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə təlimi davam edir.

Müdafiə Nazirliyindən "İki sahil"ə verilən məlumata görə, təlimlərin növbəti günündə senariyə uyğun olaraq axtarış-xilasetmə əməliyyatlarına cəlb olunan Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi qulluqçuları məlumatları xəritə üzərinə işləyib.

Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları isə müxtəlif epizodlar üzrə tapşırıqları icra ediblər.