Türkiyənin Milli Müdafiə Nazirliyi tərəfindən daha beş 5 Mexanik Mina Təmizləmə Təchizatı (MEMATT) Azərbaycana çatdırılıb.
"İki sahil" xəbər verir ki, bu barədə nazirliyin "Twitter" səhifəsində məlumat paylaşılıb.
Qeyd olunub ki, “MEMATT”ları istifadə edəcək və təlimləri başa çatdıran Azərbaycan hərbi qulluqçularına istifadəçi sertifikatları təqdim edilib. Mərasimdə “MEMATT”lar personal və tank əleyhinə minaları uğurla məhv edib.
"MEMATT"lar can Azərbaycan üçün xeyirli olsun", - deyə paylaşımda qeyd olunub.
“EFES - 2026” təliminə cəlb edilən hərbi qulluqçularımız Türkiyəyə yola düşüblər