Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikasının Müdafiə naziri general-leytenant Viktor Xrenin bir neçə hərbi hissəni ziyarət ediblər.
Müdafiə Nazirliyindən "İki sahil"ə verilən məlumata görə, əvvəlcə qonaqlar hərbi hissənin ərazisində ucaldılmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad edib.
Müdafiə nazirləri hərbi hissənin qərargahında olublar. General-leytenant V.Xrenin burada hərbi hissənin xatirə kitabına ürək sözlərini yazıb.
Sonra nazirlər ərazidəki hərbi infrastruktur, inzibati, xidməti binalar və qurğular, eləcə də əsgər yataqxanası, yeməkxana və hərbi texnika ilə tanış olublar. Onlara şəxsi heyətin döyüş və xidməti vəzifələrini yerinə yetirməsi üçün yaradılan şərait barədə ətraflı
“EFES - 2026” təliminə cəlb edilən hərbi qulluqçularımız Türkiyəyə yola düşüblər