15 may 2021 13:33
1099

Azərbaycan döyüş təyyarələrini və “Bayraktar”ı havaya qaldırdı   FOTO

HHQ aviasiya vasitələri plana uyğun təlim-məşq uçuşları keçirir

Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri, “Bayraktar” və müxtəlif tipli digər pilotsuz uçuş aparatları hazırlıq planına uyğun olaraq təlim-məşq uçuşlarına başlayıb.

“İki sahil” Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə həyata keçirilir.

Döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə aparılan məşqlərdə hərbi pilotlar və PUA operatorları tapşırıqları gecə və gündüz vaxtı icra edir.
Təlim-məşqlərində hava kəşfiyyatı aparılmaqla şərti düşmənin yerüstü hədəflərinin koordinatları təyin edilir.