07 may 2021 22:59
938

Azərbaycan neçə erməni əsiri geri qaytarıb? – RƏSMİ

Xarici İşlər Nazirliyi (XİN) Qarabağda hərbi əməliyyatlar dayandıqdan sonra Azərbaycanın Ermənistana qaytardığı hərbi əsirlərin sayını açıqlayıb.

"İki  sahil" xəbər verir ki, bu barədə XİN-in mətbuat katibi Leyla Abdullayeva bildirib.

O qeyd edib ki, Azərbaycan hərbi əməliyyatlar dayandırıldıqdan sonra 70-dən artıq erməni əsiri qarşı tərəfə qaytarıb.