28 aprel 2021 13:39
1178

Azərbaycan xüsusi təyinatlılarının kursu başa çatıb

Azərbaycan ordusunun hərbçiləri Türkiyənin İsparta vilayətində yerləşən Xüsusi Təyinatlılar Məktəbi ilə Terrorla Mübarizə üzrə Təlim və Tədris Mərkəzi Komandanlığının "Xüsusi təyinatlılar kursu"nu uğurla başa vurub.

"İki sahil" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib. 

Qeyd olunub ki, kurslar 6 həftə davam edib.

Kursu başa vuran hərbçilər üçün bağlanış mərasimi təşkil edilib.