ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumat açıqlayıb.
ANAMA-dan "İki sahil"ə bildirilib ki, aprelin 12-dən 17-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 115 piyada əleyhinə mina, 63 tank əleyhinə mina və 535 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 71.7 hektar ərazi mina və PHS-lardan təmizlənib.
Zakir Həsənov Pekində Çin müdafiə naziri ilə hərbi-texniki əməkdaşlığı müzakirə edib