09 aprel 2021 18:08
1098

Azərbaycan və Türkiyə ordularının birgə təlimləri başa çatdı  VİDEO

Ölkəmizdə keçirilən Azərbaycan və Türkiyə ordularının əməliyyat-taktiki təlimləri başa çatıb.

“İki sahil” xəbər verir ki, birgə təlimlərdə Azərbaycan və Türkiyə ordularının əməliyyat bölmələrinin qarşılıqlı fəaliyyəti təkmilləşdirilib, əməliyyat bölmə komandirlərinin hərbi qərar qəbuletmə, təşəbbüs göstərmə və idarəetmə bacarıqları inkişaf etdirilib.