03 aprel 2021 18:14
1071

Hazırda neçə qazi müalicə alır?

Vətən müharibəsində yaralanan 59 qazimiz hazırda müalicəsini davam etdirir.

“İki sahil” xəbər verir ki, bunu bu gün Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edən tibb xidməti polkovniki Firuddin Nəbiyev Silahlı Qüvvələrin Baş Klinik Hospitalında hərbi həkimlərin Vətən müharibəsi dövründə və işğaldan azad edilmiş ərazilərdə hazırkı fəaliyyəti ilə bağlı keçirilən brifinqdə deyib.

Polkovnik əlavə edib ki, həmin qazilər Baş Klinik Hospitalı və Bilgəhdəki hospitalda müalicə alırlar.