01 aprel 2021 17:03
959

Ağdamda 2820 hektar əkin sahəsi minalardan təmizlənib

Ağdam rayonunun işğaldan azad edilən ərazilərinin minalardan təmizlənməsi prosesi davam etdirilir.

Bu barədə "İki sahil"ə Ağdam rayon İcra Hakimiyyətindən məlumat verilib. Məlumatda qeyd edilib ki, artıq rayon ərazisinin 2 820 hektarı minalardan təmizlənərək təhvil verilib: "Bundan başqa, işğaldan azad edilən ərazilərin yolları minlardan təmizlənib, gediş-gəlişə normal şərait yaradılır. Hazırda əsasən əkinə yararlı sahələrin təmizlənməsi prosesi aparılır. Əkin sahələrindən sonra növbəti mərhələdə kəndlərin yaşayış sahələrinin təmizlənməsinə başlanılacaq".

İcra Hakimiyyətindən bildiriblər ki, təmizlənmiş sahələrin 2 200 hektarı şumlanıb. Şumlanmış ərazilərin hamısında buğda əkilib.