31 mart 2021 12:30
931

Ermənilər çoxlu sayda tələ mina basdırıblar

“Ermənilər işğal altında saxladıqları ərazilərə gözlədiyimizdən də çox mina basdırıblar”.

"İki sahil" xəbər verir ki, bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Horadiz Regional İdarəsinin əməliyyatlar üzrə mütəxəssisi Azər Hüseynov deyib.

Onun sözlərinə görə, bəzən 1 kv.m yerdə 4-5, 100 kv.m yerdə isə 50-60 mina aşkarlanır: “Ermənilər çoxlu sayda tələ mina da basdırıblar. Aşkar görünən minaların ətrafında gizli basdırılmış minalar aşkarlanır”.