Azərbaycan Respublikasının Müdafiə Nazirliyi hərbi qulluqçumuzun ölümü ilə bağlı məlumat yayıb.
"İki sahil" xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, martın 30-da Xocavənd rayonu ərazisində xidmətdən kənar vaxtı göldə çimməyə cəhd göstərən Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Əliyev Heydər Rövşən oğlu boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.
Zakir Həsənov Pekində Çin müdafiə naziri ilə hərbi-texniki əməkdaşlığı müzakirə edib