30 mart 2021 09:14
1008

Vətən müharibəsi barədə sənədli filmin ikinci hissəsi çəkiləcək

Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi məqsədilə 2020-ci ilin sentyabrında əks-hücum əməliyyatı ilə başladığı və ötən ilin noyabrında uğurla başa çatdırdığı 44 günlük Vətən müharibəsi ilə bağlı sənədli filmin növbəti - ikinci hissəsi çəkiləcək.

"İki sahil" xəbər verir ki, bu barədə “Report”a məşhur türk jurnalist Fulya Öztürk bildirib.

Qeyd edək ki, o, Vətən müharibəsindən bəhs edən sənədli filmin müəllifidir. Fülya Öztürk müharibə zamanı və ondan sonra ümumilikdə 70 gün ərzində Azərbaycanın müxtəlif bölgələrində videoçəkilişlər apararaq erməni vəhşiliklərini, terror aktlarını Türkiyə və dünya ictimaiyyətinə çatdırıb.