28 mart 2021 19:16
1059

Ordumuz Türkiyədə "Dağçılıq təlimi" keçib

Türkiyənin Milli Müdafiə Nazirliyi rəsmi feysbuk səhifəsində qəhrəman Azərbaycan Ordusunun qardaş ölkədə keçirdiyi təlimlərdən fotolar paylaşıb.

“İki sahil” xəbər verir ki, paylaşımda qeyd edilir:

Qəhrəman Azərbaycan Ordusunun üzvləri olan qardaşlarımıza Ispartadakı Dağ Komando Məktəbimiz və Təlim Mərkəzi Komandanlığımız tərəfindən "Dağçılıq təlimi" verildi.