Qədim tarixi olan Novruz xalqımızın hər il böyük təntənə ilə qeyd etdiyi bayramlardan biridir. Təsadüfü deyildir ki, Şamaxı şəhərinin girişindəki dairəvi yol mərkəzində bayram atributlarını özündə əks etdirən böyük yaşıllıqla əhatə olunmuş ərazidə, eləcə də digər bir neçə yerdə qurulan Novruz kompozisiyaları nəinki yerli sakinlərin, qonaqların belə böyük marağına səbəb olub.
"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, Novruz ölkəmizin hər yerində, o cümlədən Şamaxıda da böyük çoşqu ilə qeyd edilir. Əsrlərin sınağından çıxan, mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz bayramı insanlar arasında birliyin və mehribanlığın möhkəmlənməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi, torpağın oynaması kimi sağlam bir təməl yaradır. Novruz təbiətin oyanışı, insanlarda ruh yüksəkliyi, əmək coşqunluğu yaradan, qəlbləri sevindirən bayramdır.
Qeyd edək ki, bölgədə qurulan kompozisiyalar, həm də Novruzun təşviqi, böyük turizm infrastrukturuna malik olan region üçün olduqca cəlbedicidir.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?