Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında ötən il sentyabrın 27-də erməni silahlı birləşmələrinin törətdiyi təxribatlara qarşı rəşadətli ordumuzun başladığı və 44 günlük Vətən müharibəsinə çevrilən uğurlu əks-hücum əməliyyatları zamanı əsgər və zabitlərimizin göstərdiyi qəhrəmanlıqlar, fədakarlıq nümunələri sayəsində 30 ilə yaxın düşmən işğalında qalan tarixi torpaqlarımız azad edildi.
"İki sahil" xəbər verir ki, bu fikirlər Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə təbrikində deyilir.
Nazir bildirib ki, müzəffər Ali Baş Komandanın qətiyyətli mövqeyi, dəmir iradəsi və ordumuzun gücü sayəsində Zəfər qazandıq: "Bu gün xalqın, dövlətin və ordumuzun birliyi sayəsində işğaldan azad edilən tarixi torpaqlarımızda üçrəngli bayrağımız əzəmətlə, qürurla dalğalanır".