Rusiya və Belarus ordusu birgə təlimlər keçirəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti “Teleqram” kanalında məlumat yayıb.
Bildirilib ki, 14-27 mart tarixlərində keçiriləcək birgə təlimlərdə iki ölkənin Hava-Desant Qüvvələri iştirak edəcəklər.