14 mart 2021 13:52
1174

Şəxsi heyət şəhid komandirin övladının ziyarətinə getdi - VİDEO

Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Məmmədhəsən Sadiqlinin komandiri olduğu şəxsi heyət onun ata ocağına - Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Dəmirçi kəndinə baş çəkib.

"İki sahil" xəbər verir ki, bu barədə Oxu.Az məlumat yayıb.

Onlar şəhidin övladı Uğurun ziyarətinə gəliblər. Şəxsi heyət Uğurun qarşısında hərbi salam verib.

Bu görüşü əsk etdirən görüntülər sosial şəbəkədə yayılıb. Videonu təqdim edirik: