10 mart 2021 18:11
1566

Qarabağda daha 6 erməni hərbçinin cəsədi tapıldı

Bu gün Azərbaycanın Füzuli və Xocavənd rayonları ərazisində aparılan axtarış işləri nəticəsində daha 6 erməni hərbçinin cəsədinin qalıqları tapılıb.

"İki sahil" erməni mediasına istinadən xəbər verir ki, cəsədləri tapılan hərbi qulluqçuların şəxsiyyəti müayinələr nəticəsində müəyyənləşdiriləcək.

Son məlumata görə, 10 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasından indiyə kimi Qarabağ ərazisində 1496 erməninin cəsədi tapılıb.