Ermənistan silahlı qüvvələri bu gün yeni bəyanatla çıxış edərək Baş qərargah rəisi Onik Qasparyanın arxasında durduğunu bildirib.
"İki sahil" xəbər verir ki, bəyanarda deyilir: “Ermənistan silahlı qüvvələrinin komanda heyəti general-polkovnik Onik Qasparyanın çağırışlarına qoşulduğunu və onun respublikadakı situasiya ilə bağlı dəyərləndirmələrini təsdiqlədiyini bildirir.
Ali komanda heyətinə təyin olunan istənilən hərbi qulluqçunun azad olunması və çətinliklərin aşılması ilə bağlı qərarlar yalnız buna səriştəsi çatan şəxslər tərəfindən verilə bilər.
Ona görə də Ermənistan Silahlı Qüvvələrin Baş qərargah rəisi, general-polkovnik Onik Qasparyanın 10.03.2021 tarixdə verdiyi çağırışı biz əmr olaraq qəbul edirik” - deyə bəyanatda bildirilir.