Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində ağır yaralanaraq koma vəziyyətinə düşən hərbçi Cəfərov Babək Maqsud oğlu şəhid olub.
"İki sahil" xəbər verir ki, bu barədə “Report” məlumat yayıb.
Bildirilib ki, o, ötən ilin oktyabr ayının 26-da Xocavənd istiqamətində gedən döyüşlərdə yaralanmışdı.
Həkimlərin səylərinə baxmayaraq, C. Babəkin həyatını xilas etmək mümkün olmayıb.
Allah rəhmət eləsin!
Zakir Həsənov Pekində Çin müdafiə naziri ilə hərbi-texniki əməkdaşlığı müzakirə edib