Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti fevralın 21-dən Əbu-Dabidə keçirilən “IDEX-2021” Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdədir.
“İki sahil” nazirliyə istinadən xəbər verir ki, dünyanın inkişaf etmiş 59 ölkəsindən 900-ə yaxın qabaqcıl şirkətin qatılacağı gözlənilən “IDEX-2021” Beynəlxalq Müdafiə Sərgisində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələri, atıcı silahlar, mina atanlar, müxtəlif çaplı və təyinatlı döyüş sursatları, pilotsuz uçuş aparatları və s. daxil olmaqla 106 adda müdafiə təyinatlı məmulat nümayiş olunur.
“IDEX-2021” Beynəlxalq Müdafiə Sərgisi öz işini fevralın 25-dək davam etdirəcək.
Yaşar Gülər: Veteranlar Vətənə və öz vəzifələrinə sarsılmaz sədaqət nümayiş etdiriblər
Zakir Həsənov Pekində Çin müdafiə naziri ilə hərbi-texniki əməkdaşlığı müzakirə edib