13 fevral 2021 14:12
1333

Türkiyə-Azərbaycan birgə təlimləri uğurla başa çatıb VİDEO

Ötən gün Qars şəhərində "Qış təlimi-2021" Türkiyə-Azərbaycan birgə təlimləri başa çatıb.

"İki sahil" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi öz "Twitter" səhifəsində elan edib.

Nazirliyin məlumatında deyilir: "1 fevral 2021-ci ildə başlamış "Qış təlimi-2021" təlimi dünən uğurla başa çatıb. Azərbaycanla birgə icra etdiyimiz təlimlərdə yüksək nəticə göstərən bütün şəxsi heyətimizi və Azərbaycan Silahlı Qüvvələrindəki qardaşlarımızı tərbik edirik".