11 fevral 2021 16:00
1348

Azərbaycan hərbi dənizçiləri beynəlxalq təlimdə iştirak edirlər

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin zabitləri Pakistan İslam Respublikasının Kəraçi şəhərində və Ərəb Dənizi sektorunda keçirilən “AMAN-21” çoxmillətli Hərbi Dəniz Qüvvələri təlimində müşahidəçi qismində iştirak edirlər.

Bu barədə "İki sahil"ə Müdafiə Nazirliyindən məlumat evrilib.

30-dan çox ölkənin Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə keçirilən təlimlər fevralın 16-dək davam edəcək.