10 fevral 2021 13:57
1183

Rusiya hərbçiləri koronavirusa qarşı peyvənd olunub

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərən Rusiya hərbçiləri koronavirusa qarşı peyvənd olunub

Azərbaycanın Ağdam rayonunda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərən Rusiya hərbçiləri koronavirusa qarşı peyvənd olunublar.

"İki sahil" xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

Mərkəzdə fəaliyyət göstərən Rusiya hərbçilərinin hamısına “Sputnik V” peyvəndi vurulub. Hazırda Azərbaycanın Dağlıq Qarabağ bölgəsində fəaliyyət göstərən Rusiya sülhməramlı kontingentinin hərbçilərinin koronavirusa qarşı peyvənd vurulması da davam edir. Rusiya Müdafiə Nazirliyi peyvəndin hərbçilərə könüllü olaraq vurulduğunu açıqlayıb.