07 fevral 2021 15:26
1291

Azərbaycan-Türkiyə birgə təlimləri davam edir - VİDEO

Qarsda Əlahiddə Ümumqoşun Ordu və Türkiyə Silahlı Qüvvələri bölmələrinin iştirakı ilə keçirilən “Qış təlimi-2021” təlimləri davam edir.

"İki sahil" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlərin növbəti mərhələsində bölmələr havadan və məsafədən atlanma hərəkətlərini yerinə yetirib.

Qeyd edək ki, birgə təlimlər fevral ayının 12-dək davam edəcək.