Qarabağda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti davam edir.
"İki sahil" xəbər verir ki, bölgədə atəşkəsə nəzarət pilotsuz uçuş aparatları vasitəsilə keçirilir.
Rusiyanın sülhməramlı kontingenti izləmə üçün "Orlan-10" və "Forpost" dronlarından istifadə edir.
Monitorinq mərkəzinin komanda məntəqəsində texnika və şəxsi heyətin hərəkətləri müşahidə olunur.
Qeyd edək ki, Ağdam rayonunda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi yanvarın 30-da fəaliyyətə başlayıb.