02 fevral 2021 19:14
1175

ANAMA-nın İdarə Heyətinin tərkibi 3 üzvdən ibarət olacaq

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin idarəetmə orqanı onun İdarə Heyətidir.

"İki sahil" xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli fərmanı ilə təsdiq edilmiş Agentliyin nizamnaməsində öz əksini tapıb.

Qeyd olunub ki, İdarə Heyəti Agentliyə rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi 3 (üç) üzvdən – Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi İdarə Heyətinin sədrindən və onun 2 (iki) müavinindən ibarətdir.

İdarə Heyətinin sədri müvəqqəti olmadıqda onun səlahiyyətlərinin icrasını İdarə Heyəti sədrinin müəyyən etdiyi müavinlərindən biri həyata keçirir.