Türkiyənin Qars şəhərində Azərbaycan Ordusunun bölmələrinin də iştirakı ilə keçiriləcək “Qış-2021” təlimlərinə hazırlıqlar davam edir.
"İki sahil" bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin “Twitter” hesabında paylaşım edilib.
“1-12 fevral tarixlərində Qarsda keçirəcəyimiz “Qış-2021” Türkiyə-Azərbaycan birgə təlimlərinə hazırlıqlar davam edir. Hərbçilərimiz hazırlıq çərçivəsində minaatanlardan atışlar icra ediblər”, - deyə Türkiyə MN-dən bildirilib.
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı olub - VİDEO
Özbəkistan heyəti “Birliyin Gücü – 2026” təlimində iştirak etmək üçün ölkəmizə gəlib
Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü münasibətilə silsilə tədbirlər keçirilib