Qarabağda meyiti tapılan itkin erməni hərbçilərin sayı 1 345 nəfərə çatdı
Qarabağda aparılan axtarışlar zamanı müharibə zamanı itkin düşmüş daha bir erməni hərbçinin meyiti tapılıb.
“İki sahil” “News.am”a istinadən xəbər verir ki, o, ikinci Qarabağ müharibəsində itkin düşüb. Bununla da Qarabağda meyiti tapılan itkin erməni hərbçilərin sayı 1 345 nəfərə çatıb.
Bu gün Qarabağda digər itkinlərin axtarışı aparılmayıb. Qeyd edək ki, ikinci Qarabağ müharibəsində itkin düşmüş erməni əsgər və zabitlərin axtarışlarına hərbçilərlə yanaşı, Ermənistanın mülki vətəndaşları, əsgərlərin valideynləri və könüllülər də qoşulub.
Daha əvvəl bildirilirdi ki, Qarabağda Vətən müharibəsi zamanı itkin düşmüş daha 15 erməni hərbi qulluqçunun meyiti tapılıb.
Özbəkistan heyəti “Birliyin Gücü – 2026” təlimində iştirak etmək üçün ölkəmizə gəlib
Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü münasibətilə silsilə tədbirlər keçirilib
Yaşar Gülər: Veteranlar Vətənə və öz vəzifələrinə sarsılmaz sədaqət nümayiş etdiriblər