Türkiyə-Rusiya Ortaq Mərkəzi sayəsində atəşkəsə nəzarəti dayanıqlı şəkildə həyata keçirməklə sabitliyin təmin olunmasına töhfə verəcəyimizi inanırıq.
“İki sahil” Trend-in məlumatına görə, bunu Ağdam rayonunda Ortaq mərkəzin açılışı zamanı Türkiyə milli müdafiə nazirinin müavini Yunus Əmrə Karaosmanoğlu deyib.
O bildirib ki, Türkiyə, Rusiya və Azərbaycan arasındakı bu əməkdaşlıqlı qarşılıqlı etimad və dost münasibətləri daha da güclənəcək:
"Türkiyə olaraq hər zaman, bundan sonra da azərbaycanlı qardaşlarımızla həmrəy olacağımızı bildiririk. Bu Mərkəzin bölgənin sabitliyinə töhfə verəcəyinə və bu prosesin problemsiz tamamlanacağına ümid edirik".
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı olub - VİDEO
Özbəkistan heyəti “Birliyin Gücü – 2026” təlimində iştirak etmək üçün ölkəmizə gəlib
Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü münasibətilə silsilə tədbirlər keçirilib